Ta mənim könlümdə, cana, həsrəti-cananədi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ta mənim könlümdə, cana, həsrəti-cananədir,Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.
Arizin gülşən dürür, canım ona bülbül kimi,Rüxlərin çün şəmidir, könlüm ona pərvanədir.
Mən səna hərdəm dualar qılıram, ey bivəfa,Ey sənəm, neyçün sənin hər gündə qəsdin canədir?
Gərçi zülmətdir saçın, yüzün ana xurşidvar,Ləblərin təmi nə nisbət çeşmeyi-heyvanədir.
Dərdi-eşqindən sənin gər istəsəm dərdü ələm,Neyləsin bu xəstə könlüm, dərd ilə həmxanədir.
Bağça içində güli-əhmər nə nisbət vəchinə,Ol yanağın qatinə, can lölöyi-həmra nədir?
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai başdan ayağa üzülmüşdür tamam,Neşə kim, ol zülfinə məhrəm həmişə şanədir.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ta-menim-konlumde-cana-hesreti-cananedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qış getdi, yenə bahar gəldi,Gül bitdi və laləzar gəldi.
Həqiqət bəhrizatun əkbər olduHəqiqət bəhrizatun əkbər oldıSifətünden anun bir gövhər oldı.
Ah kim, sən getdin, ey ay üzlü, can qaldı manaAh kim, sən getdin, ey ay yüzlü, can qaldı mana,Can səninlə getdi cismi-natəvan qaldı mana.
Arizin kim ol rüxi-pürnuri-tab üstündədirArizin kim ol rüxi-pürnuri-tab üstündədir,Suyə bənzər kim, həmişə afitab üstündədir.
Başqa şairlərin şeirləri · Eşq
— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
SonetGünlərim calanıb ömür yoluna,Sözlərim səpilib ayaqlarına...
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی