Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.

Xətindir ayəti-rəhman ki, həqdən münzəl olmuşdur,Ona derlər kim, ol sünbül səvadi-nafeyi-çindir.

Tükəndi Yusif əyyami, sənin dövrani-hüsnündən,Xəbər ver xublar içində, yalandır bu xəbər çindir?

Şikari aşikar eylər, gözün bu bazi-şəhbazi,Könüllər seydinə yarın gözü şahanə laçındır.

Güli-sirab hüsnində nə nisbət ol siyəh xalın,Bu rəna bəqqeyi-hindu gülüstan içrə gülçindir,

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai ta onu gördü, özündən əl yudu gülli,Onun çəngali-çəngindən şikar olmuş göyərçindir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq