Ey könül, sidqilə hər kim şah ilə yoldaş ola,Yüz gərək döndərməyə hər necə kim, yoldaş ola.

Yolu gər daş ola, gər yay ola, gər oxü qılınc,Mürşidindən dönənin mənidə ismi laş ola.

Qul gərək tanıda öz doğruluğun həq yoluna,Etiqaddan azmaya gər bayü gər qəllaş ola.

Ey könül, cəhd eylə gəl, doğru yola gör şahı sən,Aqibət qəlbi çıxar hər kimsə kim, qəllaş ola.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, sidqilə bu şah əyağinə gələn,Aqibət bir gün gümansız xəlq içində baş ola.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri