Bu mənim cismimdəki zəhmətlərim ol can bilür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bu mənim cismimdəki zəhmətlərim ol can bilür,Mənə hicran etdigin ol dilbəri-canan bilür.
Ta ki, həmdəmdir ğəmi-eşqin könüldə ğəm yemən,Çün xəyalini sənin dil sevgili mehman bilür.
İnciməz bu xəstə canım dərdi-hicrindən sənin,Cövri-qəhrin gəldiyincə lütf ilə ehsan bilür.
Çünki, birdir aşiqə qəhr ilə lütfin mənisi,Dil fəraqini vüsalü dərdini dərman bilür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ruzü şəb bülbül təki, eylər Xətai nalələr,Baği-hüsn içrə yüzünü çün güli-xəndan bilür.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-bu-menim-cismimdeki-zehmetlerim-ol-can-bilur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.
Bürpərəst oldu könül, bütxanələr küncündədirBütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Cahanda aşiqin çox adı vardırCahanda aşiqin çox adı vardır,Ki, hər birisinin bir dadı vardır.
Cana, könüldə həmdəm olan qəm durur manaCana, könüldə həmdəm olan qəm durur mana,Gör kim, fəraq evində nə həmdəm durur mana.
Başqa şairlərin şeirləri · Eşq
Məhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
ای غلام بر سیمین تو زرین کمرانخاکسار کف پای تو سر تا جوران