Cahanda aşiqin çox adı vardır,Ki, hər birisinin bir dadı vardır.

Bu gün sən Xosrovi-şirin dəhənsən,Sənin tək Şirinin Fərhadı vardır.

Bu eşqin öyünə dözməz dağü daş,Yavuz iti külüng fuladı vardır.

Hər işi eşqilə dutgil cahanda,Ki, eşqilə olan bünyadı vardır.

Nə yerdə bir guri ahu olursa,Müqərrərdir, anın səyyadı vardır.

Cəmi, bəndənin vardır niyazı,Qamu könüllərin müradı vardır.

Uda bilməz munu dövri-zəmanə,Ki, bir oynayıcı nərradı vardır.

Zühur oldu oyunçu rindü qəllaş,Vilayətdən anın irşadı vardır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sağınmanız Xətai, dərdini sor,Ki, söylər söylədir ustadı vardır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq