Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir?Eşqində bunca dərdü bəla kimdən öyrənir?

Aşiqlərinə cövrü sitəmdir işi müdam,Bəs bilmənəm ki, rəsmi-vəfa kimdən öyrənir?!

Bu xəstənin qapunda duadır işi müdam,Sor ol gədayə, munca dua kimdən öyrənir?

Ol ay yüzünü görməyə yer-göy bəha dedi,Yarəb ki, bu mətaə bəha kimdən öyrənir?

Məqtə — şairin təxəllüsü olan son beyt. Cana, Xətai dünyada dərdin çəkər sənin,Könlünə sor ki, rəsmi-dəva kimdən öyrənir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq