Bir qəndildən bir qəndilə taxıldım
Bir qəndildən bir qəndilə taxıldım,Türab olub yer üzünə yaxıldım,Bir zaman da çaxmaq ilə çaxıldım,Könümə od düşdü, yandım da gəldim.
Əzəldən əvvəli biz haqqı bildik,Haqdan nida gəldi, haqqa haqq dedik,Qırxlar meydanında yunduq, pak olduq,İstəmən təharət, yundum da gəldim.
Şunda bir qardaşla qeydə düşmüşəm,Pirlər məqamında yanıb bişmişəm,Qırxlar meydanında həm görüşmüşəm,İstəmən yanmağı, yandım da gəldim.
Şah Xətayi aydır: – Sənindir fərman,Olursan hər qulun dərdinə dərman.Gözəl şahım, sənə min canım qurban,İstəməz qurbanı, kəsdim da gəldim.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-bir-qendilden-bir-qendile-taxildim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə xacəyəm, nə də mal əksiyimdir,Nə sultanəm, nə xud qul əksiyimdir.
Nitqi-ənfasi-Məsihin dəmbədəm candır manaNitqi-ənfasi-Məsihin dəmbədəm candır mana,Çünki mən Xızrəm dodağın abi-heyvandır mana.
Novcavan ol pir ikən, dövran ki, canan dövridirNovcavan ol pir ikən, dövran ki, canan dövridir,Şad ol ey xəstə könül, kim, dərdə dərman dövridir.
Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedirOl gedən yarımmıdır, ya ixtiyarımdır gedir,Bilməzəm canımmıdır, ya suvlu yarımdır gedir.