Novcavan ol pir ikən, dövran ki, canan dövridir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Novcavan ol pir ikən, dövran ki, canan dövridir,Şad ol ey xəstə könül, kim, dərdə dərman dövridir.
Zülməti-hicranə söylən hökmini tərk eyləsin,Bir günəş doğdu arayə, mahi-taban dövridir.
Lal oturma, söylə, öy can mürği, gəldi növbahar,Getdi qış vəqti aradan, uş, gülüstan dövridir.
Aşiqə mehr etdi dilbər, qalmadı cövri-rəqib,Küfr aralıqdan arındı şimdi iman dövridir.
Ömr üçün ğəm çəkmə, ey dil, nuş qıl abi-həyat,Dilbərin şirin ləbindən, abi-heyvan dövridir.
Naümid olma cahanda, ey gədayi-binəva,Dərgəhi-sultanə gəl, kim, lütfü ehsan dövridir.
Möhnəti-dünyadən ey dil, fariğ ol, sürgil mürad,Xürrəm ol, ğəm çəkməgil, kim, zilli-sübhan dövridir.
Gəzməgil aləmdə sərgərdan, könül, pərvanətək,Xoş münəvvərdir cahan, şəmi-şəbistan dövridir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dudi-ahindir, Xətai, göydə buludlər sənin,Durmayıb tök göz yaşın kim, abü baran dövridir.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-novcavan-ol-pir-iken-dovran-ki-canan-dovridir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənsizin könlüm şəha, bir külbeyi-viranədir,Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.
Ta mənim könlümdə, cana, həsrəti-cananədiTa mənim könlümdə, cana, həsrəti-cananədir,Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirŞəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.
Şəmi-hüsnin çövrəsində canü dil pərvanədirŞəmi-hüsnin çövrəsində canü dil pərvanədir,Yanmayan ol şəmə qarşı bixəbər pərva nədir?
Başqa şairlərin şeirləri · Eşq
Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
خشک شد کشت امیدم ابر احسانی کجاست؟آب را گر پا به گل رفته است بارانی کجاست؟
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın