Sənsizin könlüm şəha, bir külbeyi-viranədir,Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.

Canə-can etdim yəqin, eylə əzəldən həq bilür,Canımın, canı mənim, şol dilbəri-cananədir.

Getdi ömrüm hiç dinlənmən vüsalindən anın,Şol məhi-namehribanın meyli çün hicranədir.

Hər gecə ta sübh hüsnün şəminə pərvanə tək,Cümlə aləmlər fəğanimdən tutuşub yanədir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, sən yəqin bil kim bu fani dünyada,Bivəfalərdən məhəbbət istəyən divanədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq