Şah mənəm
Allah-Allah, deyin, ğazilər,Ğazilər, deyin, şah mənəm.Qarşu gəlin, səcdə qılın.Ğazilər, deyin, şah mənəm.
Uçmaqda tuti quşuyam,Ağır ləşkər ər başıyam,Mən sufilər yoldaşıyam,Ğazilər, deyin, şah mənəm.
Nerdə əkərsən, bitərəm,Xanda çağırsan yetərəm,Sufilər əlin tutaram,Ğazilər, deyin, şah mənəm.
Mənsur ilə darda idim,Xəlil ilə narda idim,Musa ilə Turda idim,Ğazilər, deyin, şah mənəm.
Qırmızı taclı, boz atlı,Ağır ləşkər nisbətli,Yusif peyğəmbər sifətli,Ğazilər, deyin, şah mənəm.
Xətaiyəm, ağ atlıyam,Sözü şəkərdən datlıyam,Murtəza Əli zatlıyam,Ğazilər, deyin, şah mənəm.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-sah-menem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc,Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.
Bu mənim cismimdəki zəhmətlərim ol can bilürBu mənim cismimdəki zəhmətlərim ol can bilür,Mənə hicran etdigin ol dilbəri-canan bilür.
Bu məşrəbə bir səfayi-candırBu məşrəbə bir səfayi-candır,Qərrabə dibi ona məkandır.
Bu qəmzə deyil, bəladır, ey dustBu qəmzə deyil, bəladır, ey dust,Bu xəndə deyil, cəfadır, ey dust.
Başqa şairlərin şeirləri · İlahi eşq
Olmuş mənə heyran o Xorasanla İraq.
Əcəb bilsəm bəni şeyda qılan kimƏcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
Niyə olubSərvəti olana gen olan dünya,Görəsən kasıba dar niyə olub?
Salmasın Tanrı məni ol sərv boylumdan cidaAyrılıq göstərməsin eşq əhlinə hərgiz xuda.