خدا ز سرو قد او مرا جدا نکند
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
خدا ز سرو قد او مرا جدا نکندمن و جدایی ازان سرو قد خدا نکند
Salmasın Tanrı məni ol sərv boylumdan cida,Ayrılıq göstərməsin eşq əhlinə hərgiz xuda.
بصوت ناله نهفتم صدای سیل سرشککه شرح راز دلم پیش کس ادا نکند
Ahü zarım gizlədi seyli-sirişkim naləsin,Duymasın qoy dəhrdə bir kimsə sirrimdən səda.
چو استخوان نشانه چه مرده باشدکه ناوک تو رسد جان خود جدا نکند
Bir sümük qalsa nişanə gər cəsəddən, şübhəsiz,Navəki-müjganına eylər onu canım fəda.
گرفت آینه طبع را غبار المچه گونه دل طلب جام غم زدا نکند
Təbimin ayinəsin tutmuş qübari qəlbimin,Cami-meydən almasın könlüm necə dərdə dəva.
صدای نی همه در دست نیست باد کسیکه کسب و جد ز ادراک این صدا نکند
Piri-eşqə verməsə hər kəs iradətlə əlin,Etməsin heç mürşidə bu dəhr içində iqtida.
کسی که دست ارادت بپیر عشق ندادبهیچ مرشدی آن به که اقتدا نکند
Ney səsi başdan ayağa dərdü qəmdir, nalədir,Varmı bir kəs kim, onu vəcdə gətirməz ol nəva.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی از تو اگر یار غافلست مرنجشهی چه باشد اگر رغبت گدا نکند
Məqtə — şairin təxəllüsü olan son beyt. Olsa qafil yar səndən, ey Füzuli, incimə,Padşahlar heç bilərmi harda qalmışdır gəda?!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-150
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Bu yerlərBu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
QəzəlGözün qurbaniyəm saqi, xəbər tut bir məlalımdan,Keçər günlər, keçər aylar, neçin çıxmaz xəyalımdan.