هردم از شوق لب لعلت دلم خون میشود
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
هردم از شوق لب لعلت دلم خون میشودصورت حالم ز خون دل دگرگون میشود
Şövqi-ləlin könlümü hər ləhzə pürxun eyləyər,Surəti-halım ürək qanı digərgün eyləyər.
تا خطش سر زد ز رخ شد روز غم بر من درازموسمی کش روز میکاهد شب افزون میشود
Ta ki, xətti tutdu cəmalin, artdı qəmli günlərim,Bir fəsil ki, gün güdəltsə, şami əfzun eyləyər.
گر حذر داری ز دود آه من حرفی بگوچاره دفع گزند مار ز افسون میشود
Dudi-ahimdən əgər xof eyləyirsən, nitqə gəl,Əfini dəf eyləməkçün çarə əfsun eyləyər.
جلوه حسنست مواج کمال عاشقیهر کرا لیلی نگاهی کرد مجنون میشود
Cilveyi-hüsn oldu meraci-kəmali aşiqin,Hər kəsə bir dəfə Leyla baxsa Məcnun eyləyər.
نیست این آتش که با آه منست از عشق تودر دلم سوزی که از غیرست بیرون میشود
Könlümə eşqin düşəndən yaxdı hər bir sevgini,Özgənin sevdası, sanma, qəlbi məmnun eyləyər.
زین غم و محنت که در آغاز عشقت میکشممیشود معلوم کآخر حال من چون میشود
Eşqdən əvvəldə çəkmiş bunca mönətlər könül,Bəllidir, əhvalımı axır digərgun eyləyər.
گر کند محزونیم شادش ز من پنهان کنیدشاد میبیند مرا ناگاه محزون میشود
Möhnətim, dərdim onu şad etsə, məndən gizləmir,Şadlığım, zövqüm onu hər ləhzə məhzun eyləyər.
ذوقی از قد بتان حاصل نشد زهاد راطبع ناموزون کجا با سعی موزون میشود
Sərv boylu bütlərin zahid nə bilsin zövqünü,Təbi-namövzunu, sanma, səy mövzun eyləyər.
Məqtə — şairin təxəllüsü olan son beyt. میشود حاصل فضولی مقصد از دوران دلبا وجود صبر بر بیداد گردون میشود
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, məqsədin səbr ilə hasil olsa da,Səbr qıldıqca bu dövran zülmü əfzun eyləyər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-151
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qalacaqdır, məni öldürsən, adın qanlı sənin.
Səndən, gözəl, yaxşılıq şivəsini bilən büt yoxdurElə bir pəriüzlü ki, məni sənin əlindən qurtara yoxdur.
Gəldi gül gülzarə, ömründə ona kam olmadıYüz tikan gördü yanında, canı aram olmadı.
Məh cəmalində niqabi olmasa gər, qəm deyilŞöləyi-rüxsari çünki örtüyündən kəm deyil.
Başqa şairlərin şeirləri · Eşq
Saqi, nə olubdur, məni yade getirməz?Könlüm tutulubdur, menə bir badə getirməz.
LaləYarın qanlı köynəyi tək,Qızarır yol üstə lalə.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Qəlbimə axdıGəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,