هر پریچهره که دوران به جهان میآرد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
هر پریچهره که دوران به جهان میآردبهر آزار دل خستهدلان میآرد
Hər pəriçöhrə ki, dünyayə bu dövran gətirir,Bizi incitmək üçün bir yeni canan gətirir.
صورتی را چو مشعبد فلک ار ساخت پنهانمنتظر باش که زیباتر ازآن میآرد
Fələyin şöbədəsi bir gözəli etsə nihan,Gözlə, bax gör necə ondan da gözəl can gətirir.
چون نرنجد دل اهل ورع از ناله منمرده را نیز چنین ناله به جان میآرد
Qəlbi kövrəklərə naləm necə təsir eləməz,Ölüyə nalələrim sanki mənim can gətirir.
میزند صورت صراحی ز می لعل تو دمجام را آن تحسر به دهان میآرد
Dəm vurur al dodağından sənin, ey gül, bu qədəh,Onda bir cürətə bax, gör araya qan gətirir.
هرکجا میگذرد از قد سروی سخنیجای ز بالای تو حرفی به میان میآرد
Canlanır göz qabağında, gözəlim, sərv boyun,Dilinə harda biri sərvi-xuraman gətirir.
صورتی گر به مثل پیش تو تصویر کنندشرح بیمثلیت او را به زبان میآرد
Kim gözəl üzdən əgər söhbət edib çəksə məsəl,Bax, o timsali sənin hüsnünə şayan gətirir.
Məqtə — şairin təxəllüsü olan son beyt. روزگاریست که دور از تو فضولی همهشببه فغان خلق جهان را به فغان میآرد
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, o pərisiz bu qədər fəryadəXəlqi sən eylədiyin naləvü əfğan gətirir
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-152
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadıGördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Görməsəm hər söz açanda ol güli rəna üzünGörməsəm hər göz açanda ol güli-rəna üzün,Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanınGörüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.