Görməsəm hər söz açanda ol güli rəna üzün
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Görməsəm hər göz açanda ol güli-rəna üzün,
Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Gərçi kafirsən sənə, ey büt, yetər ol əcr kim,
Rəğbətin bütxanədən döndərdi yüz tərsa üzün.
Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin,
Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün.
Olma, ey səhranişin, qafil deyil hər su sərab,
Mövci-əşki-çeşmi-Məcnundur tutan səhra üzün.
Yadi-ruxsarilə ol mahın gözüm qan-yaş tökər,
Hər görən saətdə xyrşidi-cahanara üzün.
Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən,
Bunca həm göstərmə fəqr əhlinə istiğna üzün.
Ey Füzuli, dudi-ahim tirə eylər aləmi,
Görməsəm bir ləhzə ol mahi-mələksima üzün.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-gormesem-her-goz-acanda-ol-guli-rena-uzun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ki, seyli-əşki rəşkindən üzə biixtiyar açmaz.
Nə yaxşıdır nəzərimdə o gülüzarın olaVerən ziya gözümə arizi-nigarın ola.
Qətlimə xəncərlə qəsd etdi o türki-tündxuOdlanırdım mən ətəşdən, mərhəmətlə verdi su.
O muğ balası məndən könül və dini tərk etməyi istəyirSevgi yolunda bundan da möhkəm olmağımı istəyir.
Başqa şairlərin şeirləri
Mən yurdumu andıqca dərindən,Qəlbim qopuyor sanki yerindən,
İşçiİsti gündə buğda əkdin,Yoldan keçən karvanlara
Derd-i yârum çün olısar der-diyâr olsa nolaDerd-i yârum çün olısar der-diyâr olsa nolaDer-diyâr olsam yalunuz derd-i yâr olsa nola
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,