Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Bir gün olmaz tələtin görmək müyəssər, ah kim,
Zərrəcə ol gün yanında etibarım qalmadı.
Pak qıldı surətimdən zəf dəhr ayinəsin,
Öylə məhv oldum ki, bir zərrə qübarım qalmadı.
Qəm günü həmdəmlərim qərq oldular göz yaşinə,
Silməyə göz yaşimi bir qəmgüsarım qalmadı.
Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb,
Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.
Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.
Ey Füzuli, el qamu əğyarım oldu yar üçün,
Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-gordum-ol-xursidi-husnun-ixtiyarim-qalmadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ز غیرت باز بر من شهر را ماتم سرا کردی
Gözümdə nur, bu cismimdə bir əziz cansanNə faidə ki, gözümdən həmişə pünhansan.
Mənə, ey sayə, qəm dəştində daim həmdəm oldun sənNə ah çəkdin bu müddətdə, nə çeşmi-pürnəm oldun sən
Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!Mən kiməm, – aləmdə bir kəmtər qulamın, ya Əli!
Başqa şairlərin şeirləri · Eşq
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Qu quşunun nəğməsiDeyirsən: “Məhəbbət şerlərininHamısı qısadır – bir bənd, iki bənd”
Ol saqi misalMəcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.