Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.
Sanmanız qanlı düyün, sinə dəlib, baş çəkmiş,Şöleyi-atəşi-ahi-dili-suzandır bu.
Kəsmə ümmid könül başına cizginməkdən,Ola nagəh, düşə fürsət ələ, dövrandır bu.
Dəmbədəm canımı, ey dərdü bəla, incitmin!Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.
Nə yaxırsan oxun, ey atəşi-dil, vəsl günü,Bizə hicran gecəsi şəmi-şəbistandır bu.
Könül istər ala bir bu səri-zülfündən, leyk,Vermədən can dilər almaq, sanır asandır bu.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dün demişsən ki: Füzuli mənə qurban olsun!Sənə qurban olayım, yenə nə ehsandır bu.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-gor-siriskim-sebi-hicran-deme-kim-qandir-bu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Verdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.
XitabNə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.
Sən, ey sariban...Vətən torpağında lalə dərənlər,Sanın lalə üstdə qara xal məni.
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.