Nə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.Əkilən pambıqlar hələ azdır, az;Bununla iş bitməz, əsla kar aşmaz!Pambıq əkinləri gərək çoxalsın,Qəlbimizdə gəzən həsrət yoxalsın.Kimsəyə olmasın ehtiyacımız,Bitsin həsrətimiz, bitsin acımız!Pambıq çoxaldıqca, fabrik canlanır,Kollektiv güclənir, birlik canlanır,Pambığın çoxluğu çoxluğumuzdur,Pambıq “çörəyimiz”, neft “suyumuzdur”.Hər pambıq tarlası düşmənə mədfən,Hər açılan qoza ona bir kəfən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran