Sən hacıynan, mən hacı
Bir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.
Haqqa baş əydik ki, haqqın yollarında azmayaq,Hər baş əydikcən ucaldıq sən hacıynan, mən hacı.
Düz deyən düzlərdə qaldı, leyk biz düzlərdə yox,Düz danışdıq düzdə qaldıq sən hacıynan, mən hacı.
Bir həbibin bağçasında bülbül ötdü - ağladıq,Bir qəribi yadə saldıq sən hacıynan, mən hacı.
Həsrəti - Sahib Zaman üzdü Əziznən Pünhanı.Bax bu həsrətnən qocaldıq sən hacıynan, mən hacı.
9 avqust 2001
Kitabxana.az · https://kitabxana.az/works/punhan-sen-haciynan-men-haci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Demə at yoxdu onunçün belə matnan gedirik,Qalxginən şahə bu il cəng elə atnan gedirik.
TürkmənbaşıSən fələkdən qorx, ətəkdən tök daşı türkmənbaşı,Öylə bilmə dahi sənsən, biz naşı türkmənbaşı.
Çəkirlər dalaVaxtı verirlər qabağa əlbəəl,Amma güzaranı çəkirlər dala.
Boynuna böhtan ataqİş vuraq, dinc durmayaq, iş vurmaq üçün can ataq,Xəlqə kim imdad edirsə biz ona hədyan ataq.