Sən fələkdən qorx, ətəkdən tök daşı türkmənbaşı,Öylə bilmə dahi sənsən, biz naşı türkmənbaşı.

Ağcaqum vaqeəsindən sonra mən hiss etmişəm,Ayrıdır türkmən başıynan, türk başı türkmənbaşı.

Doğrudur türksən fəqət başdan bir az məfrağsan,İncidirsən biz müsəlman qardaşı türkmənbaşı.

Bizdə baş dərmanı çoxdur, məsləhətdir başuva,Saldıra bir cüt zopa türk fərraşı türkmənbaşı.

Bircə mən bildim nə məqsədlə qaraltdın saçını,Qoy qarasız olmasın türkmən aşı türkmənbaşı.

Bu nəsil ki, bizdə vardır bir Xəzər çatmaz bizə,İstəyirsən böyrünə vur Balxaşı türkmənbaşı.

Öz aramızdır bu iş sənnik deyil al boynuva,Kim deyib qan çıxmayan yerdən qaşı türkmənbaşı.

Sən bilərsən hansı bir məqsəddi sammitdən sora,Çəkdi göy dəryaya Putin yoldaşı türkmənbaşı.

Bizdə yaşnan bağlı çox iş var ki, həllin tapmayır,Bax bu işlərdən dənizdir ən yaşı türkmənbaşı.

Atdığın daş Pünhana neynər əgər hər gün ona,Kim Vətən daşı atır, kim yad daşı türkmənbaşı.

21 may, 2002

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri