Rita Racından qırılar
Elə bir dövr gələr hamı acından qırılar,Bəşərin səbri daşar, şah tacından qırılar.
Kasıba tutduğun əldən tutar Allahın əli,Kasıba tutmadığın əl ağacından qırılar.
Qayıdar Həzrəti İsa ilə Sahib Zamanım,Bəşər İslama gələr, kilsə xaçından qırılar.
O, Zamandır, o amandır, o gümandır, odur haqq,Ona Haqq söyləməyən, son əlacından qırılar.
Ürəyi qanə dönər qansıza səcdə edənin.Bütün inkarı çatar, Rita Racından qırılar.
Neçə şahlar oturub iynə ucunda, Pünhan,Gələr inşalla o gün, iynə ucundan qırılar.
15 oktyabr 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-rita-racindan-qirilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xabi-qəflətdən kənar ol, haqq olan meydana gir,Mərd ol, meydangir ol, sən haqq ilə peymana gir.
Baxasan, ağlayasanBu elin halına hər gün baxasan, ağlayasan,Bu ilin qalına hər gün baxasan, ağlayasan.
Ölüm üstündə olubHər zaman dildə fəqir el əlim üstündə olub.Leyk əslində dəmir əl elim üstündə olub.
Süftəformuş sən deməÖlkəmin çox məmuru rüşvətdə zormuş, sən demə,Bir yerə yığsan böyük rüşvətli xormuş sən demə.
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
AllahSən demə xəbərimiz yox,Bu ölkə satılıb, Allah…
Belə olmazCəbhə xəbərlərinəMən daha inanmıram.
BədahətənNaxçıvandan Hüseyn Cavidin məqbərəsinin açılışından qayıdarkən təyyarədə bu münasibətlə hərə bir bənd deməliydi. Mən də dedim:*Ulu Turan – ulu niyyət