Ey dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,

Yaqub kimi saldı məni dərdü-bəlayə — Bir Hüsn-Züleyxa,Yusif kimi ol naşi xəridar eşiyində — Zindana yetişdik,

Soydurma dedim bunca üzün eşq yolunda — Manəndi-Nəsimi,Mənsur kimi qaməti bir dar eşiyində — Ürfanə yetişdik

Yay qaşına qurban qıla gör canın hərdəm — Peyvəstə bu yüzdən,Bir ancalın şux kamandar eşiyində — Peykanə yetişdik,

Saleh, tuta gör əmri-xuda şəri-peyğəmbər — Qufran tələb elə,İmana gəlib Əhməd Muxtar eşiyində — Qurana yetişdik

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq