Gəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,Münəvvər olsun aləmlər,Görünsün mahtab ünçəqay

Məlundur yədi-beyza,Kəsildi səbrim əzizə,Biyaz gərdəndə göy mina,Sanasan tir şəhab ünçəqay

Məni ayırma dinimdən,Utandırma cəbinimdən,O zülfi-müşk çinimdən,Gələr buyi-gülab ünçəqay

Deyir Saleh ki namərdəm,Zəri-xalis kimi zərdəm,Dolanım başına hər dəm,Çəkib naz-u-itab ünçəqay

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq