Qoymaz əldən eşq damanını əqli var olan,Etməz ol səhbayi-biğəş tərkini hüşyar olan

Dərd ü dağı-eşqi məndən sor, nə hər bidərdən,Kim təbibi-hazıqın qədrin bilər bimar olan

Hər gecə bidar edər Fərhad ilə yüz kimsəni,Bir gecə ah ü fəğanımdan mənim bidar olan

Hüsni-biğəş qarşı aşiqi-safdil aynədir,Məhdud ah olur hər atəşi-ruxsar olan

Fəqr damanı əlindən qoyma kim bibəhrədir,Xabi-rahətdən əsiri-dövləti-bidar olan

Xakda münkir eşqəm dilnişin dər sühbətim,Yar olur ömründə bir saət mənimlə yar olan

Heç bundan çəkmə qəm, Qövsi, əgər bina isən,Qəm niçün çəksin Qulami-Heydəri-Kərrar olan

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq