Qəzəl: Ey biqərar sinədə neştərmisən, nəsən
Ey biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
Bir dəm səni ol atəşi-ruxsar yaxmadı,Sən, ey hicab, sədd-i-İskəndərmisən, nəsən
Rəhm eyləməz fəğanına ol dilbər, ey könül,Sən gəbrmi, firəngmi, kafirmisən, nəsən
Heç kimsə səndə eyləməz iqbal kimsəyə,Ey kuyi-yar, ərsədə məhşərmisən, nəsən
Kəsdin çırağımın işığın şami-hicrdə,Dudi-nalə, gərdeyi-sərsərmisən, nəsən
Məhv etdi cavidan məni şirin təkəllümin,Ey ləli-yar, çeşməi-Kövsərmisən, nəsən
Hərdəm bir üz ki surətlə bağladın gözüm,Ey abi-rəngi-hüsn, füsungərmisən, nəsən
Bir nalə naləm ilə həmahəng etmədin,Ey əndəlib, lalmısan, karmısan, nəsən
Ey qanlı dağ, açılmadın, əfsürdələndin,Təsvir bərgi-lalei-əhmərmisən, nəsən
Hərçənd yandın odlara, Qövsi, usanmadın,Axır sən, ey od evlu, Səməndərmisən, nəsən
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-qezel-ey-biqerar-sinede-nestermisen-nesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə
Qəzəl: Nə vüsalın məni dildən sala hicran, nə rəvaNə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva
Qəzəl: Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraLəbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraQədinlə boylaşa bilməz nə sərvi-naz nə rəna
Qəzəl: Təəmmül eyləmə, saqi, yetər xumar mənəTəəmmül eyləmə, saqi, yetər xumar mənəBoynun bəlasın alım, bəsdir intizar mənə
Başqa şairlərin şeirləri · Eşq
Hələ qəflətdəsiz, yatmısız belə,Sayıb məni bir divana deyərsiz.
گردیِ لبت از لبم به بوسی آزَردتب دوش تن مرا بیازرد به درد
Ey könül, çox söylədim, aşiqliyə son qoy dəxiƏl götür gəl şux gözəllərdən, sular tək az bulan.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.