Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən
Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
Könül xuni-cigərdən camı-gülgunun ləbaləbdir,Bu hamu eyş ilə, ey xanəviran, sən nə sızlarsən
Bu gün mən bizəbanam, bənd-bəndim yansa eyb olmaz,Sənə mümkündür, ey ney, ah ü əfğan, sən nə sızlarsən
Yanarsan mətləbincə, ey səpənd, şux odlara,Mənim tək görməmişsən dağı-hicran, sən nə sızlarsən
Mən, ey ney, olmuşam bitab öz fəryad naləmdən,Bu yanar od məni etmiş neyistan, sən nə sızlarsən
Gərəkdir ki qəfəs qeydində mən fəryad edim, bülbül,Müyəssərdir sənə seyri-gülüstan, sən nə sızlarsən
Sınıq mina kimi mən sızlasam bica deyil, Qövsi,Bu bükülmüş qəd ilə, ey nayi-Nisan, sən nə sızlarsən
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-qezel-sizildar-ustuxanim-bilmen-ey-can-sen-ne-sizlarsen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.
Qəzəl: Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəZəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəKönlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə
Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəGərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə
Qəzəl: Nə vüsalın məni dildən sala hicran, nə rəvaNə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Yağış yağarkənYağış yağır, rəqs eyləyir gur damlalar,Sıra-sıra, inci-inci nur damlalar.
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Bahar gəlibdirYenə də bahar gəlibdir,Necə bəxtiyar gəlibdir!