Yenə də bahar gəlibdir,Necə bəxtiyar gəlibdir!

Yamaca çəmən, dağa gül,Düzə laləzər gəlibdir.

Bəzənib gəlin təkin çöl,Neçə nəğməkar gəlibdir.

Dumanım gedib başımdan,O gözəl nigar gəlibdir.

O gözəl nigar ki gəlmiş,Gözəl intizar gəlibdir.

Bu baharda bir bahar var,O baharlı yar gəlibdir.

O baharlı yar ki gəlmiş,İkiqat bahar gəlibdir!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq