Sən açan bir qönçə olsan,Mən sənin bağçan olaram,Mənim diləyimcə olsan,Səninlə bir can olaram.

Dadlı bir nəğməsən mənə,Bunu çox görmə sən mənə,İşgəncə verməsən mənə,Mutlu bir ozan olaram.

Əhdü-peyman bir yol olar,Dərdə dərman bir yol olar,İldə qurban bir yol olar,Mən hər gün qurban olaram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri