Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd

Qəddi-dilcuyin nəhalın gördü çün gülzardəDurdu ayağ üstünə təzim edüb sərvi-bülənd

Ənbər-əfşan zülfünə irmək dilər cana könülAllah-Allah, nə uzaq sevdayə düşmüş dərdmənd

Nasiha! pənd etməgil mehrindən ol məhparəninŞöylə dolmuşdur könül kim, qalmamışdır cayi-pənd

Ey Süruri xətti-sevdasından anın baş çəkənParələnsin tiği-möhnətlə qələm tək bənd-bənd

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq