Ayrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.Hicran saatları yetişdi, budurBu gün, qorxudurdu məni haçaqdır.

Daha bundan sonra çıxıb eyvanayoluma göz dikmə axşam çağları.Yollar ayrıcında baxıb dörd yanagözləmə hər səhər, hər gecəyarı.

Bəlkə də hər şeyi unudacaqsan:yuxudan oyanmış bir uşaq kimi.Ancaq hərdən məni yadına salsan,gec gəlib, tez gedən bir qonaq kimi.

Bil ki, sənsiz mənə dar gəlir cahan,Qəlbimdə, qanımda, duyğumda varsan.Dünyanın pərişan bağında, canan,mən nəğməli bülbül, sən bir baharsan.

Sənindir bu dövran, bu böyük ölkə.Qəm mizrabı vurma telə, sevgilim.Desəm, görüşərik, sən demə, “bəlkə”...Cavab ver: – Elədir, elə, sevgilim!..

Gecələr Aya bax, ulduzlara bax,gözlərimiz orda birləşəcəkdir.Könlün aynasında, a ceyransayaq,eşqin qələmiylə şəklimi çəkdir.

Xatırında varmı, tez-tez küsüşübdeyərdin: – Danışma, dindirmə məni.İndi ədaların yadına düşübyandırırmı səni, yaxırmı səni?

Hər zaman saçını darayan zaman,həsrət gözlərinə baxıb aynada,bil ki, səni sevən, sənə inanankönül ilqarını pozmaz dünyada.

Bəlkə bir gün səndən üzüldü əlim,“Xoş keçdi az sürən bir ömrümüz” de.Ayrılıq dəmində, aman, gözəlim,qoy yadımda qalsın, bir yaxşı söz de!

Mənsiz bu dünyanın olsan qonağı,nə olar, sevgilim, sağ ol təki sən.Kim görsə boyasız solğun dodağı,Onsuz da biləcək, sən mənimkisən.

Krım, 1942

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq