And
And içirik bu dərəyə, bu dağa!Əcdadımız can qoyduğu torpağa!And içirik şəfəq rəngli bayrağa!Ana vətən, sənə layiq olarıq.Yağıları darmadağın salarıq.
Könüldəki sədaqətə and olsun!Düz ilqara, məhəbbətə and olsun!Bizim böyük həqiqətə and olsun!Göy üzündə açanda biz qanadı,Ərşə çıxar yağıların fəryadı.
And içirik azadlığın adına,And içirik şirin ömrün dadına.And içirik sənə, ana-qadına,Ömrümüzü elə qurban verərik.Gülə-gülə yolunda can verərik.
Anamızın saf südünə and olsun!Alqışına, öyüdünə and olsun!Zəfər adlı böyük günə and olsun!Azadlığın bayrağını hər zamanAzərbaycan qoruyacaq yağıdan!
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-and
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
BizdədirHəyat bağçasının bağbanı bizik,Yarpağı söz açan güllər bizdədir.
Bizlərə göndərdi min bəla fələkEylədi çox dərdə mübtəla fələk.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!