Mən sənin torpağını gəzmişəm qarış-qarış...Ayağım yollarında qat-qat qabar bağlamış.Görmüşəm Simeizin, Yaltanın baharını,dənizdə dalğaların göy duma qatarını.Sinəndə dincəlmişəm dost kimi, qonaq kimi.Sən düşmənlər əlində qalanda dustaq kimiqəlbimin ağrısından gecələr yatmamışam.Əynimdə bir boz şinel, qabağımda qırıq şam.Dinləyib xısın-xısın ürəyimin səsiniYazmışam yaxın günün zəfər təranəsini.Soyuq, qarlı yanvarın sazaqlı səhərində,Kerçin, Feodosiyanın qanlı sahillərində,səni qurtarmaq üçün ömrünü qurban verən,müqəddəs torpağında “Vətən!” deyib, can verənigidlərin ölməyən dastanını görmüşəm.Daşında qardaşımın al-qanını görmüşəm.Aylar, illər boyunca çəkərək həsrətini,hicranda saxlamışam sənin məhəbbətini.Bu gün zəfər topları deyir azaddır Krım.Sevincdən istəyirəm durub mən də hayqırım,o top gurultusuna qatım mən də səsimi,anasına qovuşan həsrətli oğul kimi.Xəyalımda canlanır Sevastopol suları...Bir qızıl bayraq kimi alov qalxır yuxarı,Zəfər bayraqlarımız əyilir sahillərə.Qalibiyyət səsinə səs verir hər dağ, dərə...Gözəl Krım, dost Krım, əziz, mehriban Krım!Düşmənin pəncəsində məğlub olmayan Krım!Neçə-neçə övladın həsrətinə yanırsan.Daş olsaydın ərirdin, torpaqsan dayanırsan.

1945–1961

¹ Bu şerin altında bir-birindən 16 il aralı iki tarixin olmasının səbəbi odur ki, şerə sonralar əlavə olunmuş son iki misra Krım-tatar xalqının sürgününə işarə edir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran