Gəlsin
Canım qasid, Məcnun kimi gözlərəm,Get yara deginən, bulağa gəlsin.Mən bülbüləm güldən ötrü yanıram,Gül dərmək istəsə bu dağa gəlsin.
Ala gözlərindən badə içmişəm,Alışmışam, eşq oduna bişmişəm.Onun həsrətindən xəstə düşmüşəm,Xəstəni yoxlasa, otağa gəlsin.
Aman qasid, necə yardan küsüm mən,Firqətindən xəzan kimi əsim mən.Malım yoxdur ona qurban kəsim mən,Canımdır yolunda sadağa, gəlsin.
Abdullayam, canım ona qurbandı,Eşqin atəşinə bədənim yandı.Azad yaşayışdı, gözəl dövrandı,Yoxdur ona qorxu-qadağa, gəlsin.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-gelsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nagah yerdən sərsər əsdi sərimə,Necə tutdu məni qəhri-qəza, bax!
Ana bilməsinGedən qasid, sən Allahı sevirsən,Elə gəlsin getsin, ana bilməsin.
EyləsinBir kimsə yox izhar edəm dərdimi,Deyəm durub mənə dərman eyləsin.
Dilim-dilimAşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.
Başqa şairlərin şeirləri · Eşq
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Ha bular, bularSəba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.