Gərəkdi
Dörd hərifnən namə yazdım gözələ,Vəsfi düşə bu mahala gərəkdi.Rey qaşların şəhd eyləyir hər yana,Gözləri nun təki ala gərəkdi.
Can gərəkdi eşq oduna qalana,Fələk verdi cavan ömrüm talana.Əl köksündə sübhə kimi dayana,Ah çəkə, göz dikə yola gərəkdi.
Məni uğradıbdı bir olmaz dərdə,Nahaq pünhan sirrin verdin namərdə.Sinədən gen ola, dəhanı xırda,Alıb göndərəsən çala gərəkdi.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-gerekdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eylər
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Sanma ki, çeşmdən üzümə əşki-tər gəlirSanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Dəyərsiz təkcə insandır indiQiymət görəndə başım hərlənir,Qəribə vaxtdır, zamandır indi…