Var
Əziz dostum, xəbər alsan halımı,Deyə bilməm, məni dərdə salan var.Daha bundan artıq tab eyləmərəm,İntizaram, gözü yolda qalan var.
Bir rəhm eylə gözdən axan yaşıma,Təcüb qaldı cərxi-fələk işimə.Hərdən-hərdən gəldim yollar başına,Dedim, bəlkə yar yanından gələn var.
Göz yaşımla namə yazdım canana,Aman, ayrılığı kar etdi mana.Axdı eynim yaşı döndü ümmana,Qəvvas olub dəryalara dalan var.
Əzəl başdan mən yanıram, yar mənim,Qızılgülüm niyə qucur xar mənim?Bu səbəbdən intizarım var mənim,Məndən qeyri həsrətindən ölən var?
Uşaqlıqdan çox çəkmışəm cəfasın,Seyraqublar niyə sürsün səfasın?Abdullanın görməmisən vəfasın,Nazlı yarın sözlərində yalan var.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.
Qadağa düşdüBir maral dalınca ovçutək düşdüm,Getdi, dostlar qovdu, o dağa düşdü.
GəlsinCanım qasid, Məcnun kimi gözlərəm,Get yara deginən, bulağa gəlsin.
GərəkdiDörd hərifnən namə yazdım gözələ,Vəsfi düşə bu mahala gərəkdi.