Qadağa düşdü
Bir maral dalınca ovçutək düşdüm,
Getdi, dostlar qovdu, o dağa düşdü.
Mən yarı görməkçün canımdan keçdim,
Bivəfa yar məndən uzağa düşdü.
Təbib yoxdu, qövr eləyir yaralar,
Gül irəngim günbəgündən saralar.
Seyraqublar vurdu, dəydi aralar,
Onçu1 dost yoluna qadağa düşdü.
1 Onun üçün
Dost ürəyi bir-birinə qatılı,
Haqdan başqa bilən yoxdu batılı.
Sənətkar föcuna qürrə atılı,
Abdulla dostlara sadağa düşdü.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-dusdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Əli gülsün!Oğlumun Əlidir adı.Evimizin ilk övladı
خاقانی را غم نو و درد کُهُنآورد بدین یک نفس و نیم سُخُن
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır