Aşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.Baş yastıqda, gözü yolda qalmışam,İstəyir dağlardan qar, dilim-dilim.

Eşqin firqətindən bəlkə çaşmışam?!Dərd əlindən başım alıb qaçmışam.Onun həsrətindən xəstə düşmüşəm,İstərəm köksündən nar dilim-dilim.

Heç bilmirəm nə xəyala dalıbsan?Haldan salıb ixtiyarım alıbsan.Yazıq Abdullanı gözdən salıbsan,Al xəncəri, məni yar dilim-dilim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq