Əyyami-qəzada, dəhri-dünyada,Bilirsənmi, nə bəlalar çəkmişəm?!Ahu-zar, müsibət dünyadan çıxıb,Leyli-nahar nə nalalar çəkmişəm.

Dağıldı mahalım, pozuldu elim,Tükəndi dövlətim, gödəldi dilim,Əyildi qamətim, büküldü belim,Nə qazamat, nə qalalar çəkmişəm.

Abdulla, bir yana yetmədi dadım,Hayana düşdümsə, yandırdı odum.İtib dülgərliyim, batıbdı adım,Aranlarda nə alalar çəkmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri