Yalvarım ağa
Bunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,Göstərim dağ-ü dilim, söyləyim azarım ağa,Hanı bir dərd bilən, bir para yalvarım ağa.
Qibləndən qaşları yay gəlsə ya döndərdi məni,Ay kimi əhli-şəhr bir-birə göstərdi məni,Ah kim əkdi bu bidərdlərin dərdi məni,Hanı bir dərd bilən, bir para yalvarım ağa.
Pəri tələtli sənəm çox, vəli adamlığı yox,Başədək bir kəs ilən həmrəh-ü həmdəmliyi yox,Eylisə mehr-ü vəfa zərrəcə möhkəmliyi yox,Hanı bir dərd bilən, bir para yalvarım ağa.
Haçanadək qəm-i hicranə düşüm, qəmdə ölüm,Ruzi-vüsalinə onun yetməsə, ol dəmdə ölüm,Dəyməyin Mücrim Kərimə, qoy məni, ölsəm də ölüm,Hanı bir dərd bilən, bir para yalvarım ağa.
Kitabxana.az · https://kitabxana.az/works/mucrim-kerim-yalvarim-aga
← → düymələri ilə keçid, R — təsadüfi şeir