Səhər dost zülfünə şanə çəkəndəYayılar aləmə abular bular.Hər kəs sidqilə murad eyləyə,Əlbəttə mətləbin abular bular.

Sərrafın dəstində nədanə dedim,Xalın can quşuna nədanə dedim,Sirrimi dərd bilməz nadanə dedim,Anlamaz başını abular bular.

Bayqu üçün məskən oldu o diyar,Ğəmzən ilən bağrım başın ovdu yar,Evdən çıxdı yalın qılınc, ovdur yar,Bilirəm qanıma abular bular.

Aşiqi kəlbin tək kim dərdə saldı,Könlünün şəbnəmin kim dərdə saldı,(Mücrim Kərim)i kim dərdə saldı,Ah çəkib göstərər abular bular.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq