Barilahi, bu dəhri-fənadaNə olurdu bir həvadarım olaydı.Əhd-ü vəfada könlü müqərrər,Özgələr kimi yarım olaydı.

Mən olmuşam dərdə giriftar,Barilahi, sən məni qurtar.Gəldikcə möhnətim gün-bəgün artar,Dərd çəkməyə ğəmküsarım olaydı.

Gecələr nalım ərşə dayandı,Biçarə (Kərim) oduma yandı,Şahbaz-ı aləm məndən usandı,Səbr etməkdə bir qərarım olaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq