Yüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,Yüz sərvi-sənəvbər ola, könlüm səni istər,Yüz saqi-kövsər ola, könlüm səni istər,Yüz qaməti-ərər ola, könlüm səni istər

Yüz mah misl-i afəti-can gözləri xumar,Yüz sib-zənəx qönçə dəhən nərgisi-bimar,Yüz zülfi-pərişan bəla cövbəti-xunxar,Yüz qaşı kaman şux pərizad cəfakar,Yüz kirpiki xəncər ola, könlüm səni istər

Yüz ləli-kəhrəbar ola, yüz gülşəni-rəngin,Yüz qaşı kaman incə miyan ləbləri şirin,Yüz qaməti-rəna ola, yüz kakili-pürçin,Yüz mahi-məlahət büti-zeba gül-nəsrin,Yüz zülfi-münənbər ola, könlüm səni istər

Yüz sim bədən incə miyan gözləri məstan,Yüz dilbər ola huriliqa nazik çəsban,Yüz xali-Həbəş gərdən-i-mina xətti-reyhan,Yüz sinəsi mərmər dişi dür afəti-dövran,Yüz bakirə duxtər ola, könlüm səni istər

Yüz şahidi-Şiraz, Hələb, Misr, Səmərqənd,Yüz zinəti-aləm fərəhəfza şəh-i-Fərxənd,Yüz şəm'i-dilafruz ola, yüz ləli-şəkərxənd,Yüz mən kimi biçarə Kərim hüsnünə həsbənd,Cümlə sənə çakər ola, könlüm səni istər

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq