Barilaha, zati-pakın eşqinə,Heç mərdi namərdə eyləmə möhtac,Qasimürrəzzaq sən cümleyi-aləm,Yüz tutubdur sənə həm qəni həm ac

Kəlam əlfazın otuz cüz Quran,Səni bir Haqq bilən heç görməz yaman,"Kün" dedin yarandı zəmin asiman,Küllü şey hər nə var əmrinə rəvac

İns, cin, mələk təmam nə ki var,Oxurlar mədhini leyl ü nəhar,Olubdur dilimdə zikr həm güftar,İnnəl-ləzinə amənu və səbil-i minhac

Əhədsən, Səməd sən, Qəyyum və Qədir,Adil sən, Həkim sən, Səmi' və Bəsir,İnsanı yoğurdun dörd şeydən, bəşir,Zahir ola ondan ol güruhi-nac

Mücrim Kərim sənə tutubdur yüzin,Nə ki yüzin təmam hər nə var sözin,Aləm dərgahına tikubdur gözin,Ey aləm, ey fazil, ey biehtiyac

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri