Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.

Ya səltənətlə tac ü sərirə qıl iftixar,Ya qul kimi nəzərdə durarsan keçər gedər.

Gər qəsri-zərnigar münəqqəş tikilməsə,Üç gün xərabədə oturarsan keçər gedər.

Gər rəxti-xabi-tərmeyi-məxmər döşənməsə,Köhnə palas içində yatarsan keçər gedər.

Mərkəbi-zərlicam tilapuş minməsən,Mənzilləri piyadə gedərsən keçər gedər.

Gər mətbəxində aş-pilovnan bişməsə,Qapı-qapı vəzifə yığarsan keçər gedər.

Gər olmayə kəbabi-müzəfər çilo göki,Bir qədər nani-xuşk yersən keçər gedər.

Qənd ü nəbat, çayi-Xətayi tapulmasa,Bir cürə ab nərm içərsən keçər gedər.

Gər kasəyi-müşəbbək artıq olmasa,Zərfi-xəzəfdə şərbət içərsən keçər gedər.

Gər sim ü zər, xəzanə Qarunu yığmasan,Bir dirhəmin qəmini çəkərsən keçər gedər.

Məhbubi-xoşcəmal həmağuş olmasa,Bir çirkinin oduna yanarsan keçər gedər.

Faiq, sənə cahanda mədədkar olmasa,Çün daməni-Hüseyni dutarsan keçər gedər.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri