Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.Çataydıq qol-qola gəzəydik bilə,Qəlbini qəlbimə qərib edəydi.

Heç kəs sevməsin şirin Leylanı,Bikəsəm çağırram qadir sübhanı,Həmişə elərəm zikri-Quranı,Haqq özü duamı mücib edəydi.

Ey tuba boylum, gülgər buxaqlum,Ayna əndamlum, əhmər yanaqlum,Dişləri mirvarim, ləl dodaqlum,İstər ki şəmsə məib edəydi.

Qınamıq sevmişəm hur ü ğilmanı,Özümə fərz etdim çahi-zindanı,Olaydım nazlu yarın mehmanı,Şad olub dostlar əcib edəydi.

Təzədən eşq ğalib oldu kənə,Saçları sünbüldür, gərdəni minə,Fəqirəm yar yolunda yandırdım sinə,Cəm olub qövm ü qardaşım mərib edəydi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq