Sənət eşqi
Vuruldum o gün ki, şerə, sənətəUnutdum sevdiyim əyləncələri.Aşiqəm insana və təbiətəƏlim qələm tutub yazandan bəri.Bəzən xəyalımda uçur buludlar,Bir qətrə böyüyüb bir dəniz olur.Dünyanın ölməyən bir qanunu var,Bir yandan boşalır, bir yandan dolur.Mənsə bu varlığm içində qaynarBir vulkan kimiyəm, gözlərimə bax;Könül tərlan kimi baş alıb oynarBuluddan buluda qanad çalaraq.İnsanlar dost kimi oxuyur məni,Sözüm ağızlarda əzbər çəkilir;Əlimlə qurduğum sənət bağındaƏtirli lalələr, güllər əkilir.Öylə səfərbərəm, öylə hazıram,Qarşımda diz çöküb göylər alçalır.Bir yanda kağıza mən söz yazıramBir yanda sevgilim piano çalır.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-senet-esqi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən ey sevdalı sənətkar,Səsində min şikayət var.
Döyür pəncərəmi qışın rüzgarıDöyür pəncərəmi qışın ruzgarıVaxtsız ölümmüdür üstümə gələn?
Ruhumda ruhunun parçası vardırRuhumda ruhunun parçası vardır,Təşəkkür yetirək təbiətə biz.
Şairin ölümüİndi xəbər verim oxucuma mənXəyalı küsdürən bir faciədən:
Başqa şairlərin şeirləri · Eşq
Dünən gecə sevincim uca dağlar aşırdı,Bu gün isə kədərim olmuş dənizlər qədər.
Şerin səsiGün batarkən qızıllanan çaylardaGül açardı yazın gözəl axşamı.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Nə xoşdur bir nigarın müddət olmaq intizarındaNə xoşdur bir nigarın müddət olmaq intizarında,Qoyub baş xakə, yatmaq həsrət ilə rəhgüzarında,