Deyilənlər gerçəkdimi,Doğurdanmı dəliyəm mən!?İstəyirəm ağıllının,İç üzünü əliyəm mən.

İşləyirəm hər bir öydə,Mənə birdi kasıb, bəy də.Haqqım olsa daş da, zəy də,Hamısına “bəliyəm” mən.

Mən ustayam, çalışıram,Dəzgahımla yarışıram.Qan-tərimə qarışıram,Abdullayam, ləliyəm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri