Səhərdən sərvi boylunuGördüm bağlar arasında.Tütünüm ərşə dayandı,Yandım yağlar arasında,

Yandım yetirən olmadı,Mətləb bitirən olmadı,Öldüm, götürən olmadı,Qaldım ağlar arasında.

Eşqin firqətindən çaşdım,Qəza tutdu mən dolaşdım,Məcnun kimi dağdan aşdım,Gəzdim dağlar arasında.

Abdullayam, dərdim çoxdu,Məni sirab edən yoxdu.Xəstə düşdüm dərman yoxdu,Neçə sağlar arasında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri