Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,Sirrini söyləmə qamu aləmə,Bivəfa dilbərdən sənə yar olmaz

İgid odur tənə oxun atmıya,Halal mayəsinə haram qatmıya,Bir oğul ki rəqibinə çatmıya,O oğulda qeyrət, namus, ar olmaz

Öz sürüdən qurban desən, deyərsən,Öz yunundan şal toxuyub geyərsən,Bəslədiyin bağın barın yeyərsən,Yad bağından sənə hayva nar olmaz

Dəllək Murad, çəkmə bir bunca qəmi,Burda duran olmaz, gedərlər hamı,Fələk biçənçidir, bu dünya zəmi,Biçilən zəmidən mərğzar olmaz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq