Dərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,Gündə yüz min xəyal eylər,Mənim könlüm bir şad olmaz

Göyə çəksə baş tayalar,Fələk onu tez payalar,Hər külüngün çapmaz qayalar,Hər ikidən Fərhad olmaz

Dərviş olan baxmaz pusta,Üslü olan olar usta,Güvənmə bivəfa dosta,Bivəfadan imdad olmaz

Səhər bağın əsər badı,Qohumı qavayistə yadı,Mövlam yaradıb muradı,Hər kəs Dəllək Murad olmaz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri