Yandırdın Məni
Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könülKafirsən rəhmin yoxmuş zalımYanasan yanasan yandırdın məni
Əğyarlar sözümü qələt qandırmışArada rəqib var o inandırmışMənim ah-naləm dağı yandırmışYanasan yanasan yandırdın məni
Heç kimsə xublara mayil olmasınOnların andına qail olmasınHeç kimin ağası cahil olmasınYanasan yanasan yandırdın məni
Əkbərəm olmuşam dəli divanəMəskənim olubdur belə viranəYanaram şəmə nicə pərvanəYanasan yanasan yandırdın məni
Kitabxana.az · https://kitabxana.az/works/ekber-el-sairi-yandirdin-meni